Səbətiniz boşdur.
Səbətiniz boşdur.
Tətbiqi filosof Troy Davis, III Respublika Platforması’nın (ResPlatforma) siyasi məsləhətçisi kimi fəaliyyətə başlayıb.
Siyasi məsləhətçiliklə bağlı razılaşma ResPlatformanın Xarici Əlaqələr üzrə Məsul Şəxsi, Qurucu Heyət üzvü Səməd Rəhimli ilə Troy Davis arasında aparılan müzakirələr nəticəsində əldə olunub.
Troy Davis III aşağıdakı xüsusiyyətləri ilə tanınır:
- Harvard Universitetinin fizika ixtisası üzrə məzunudur;
- Millətçi müharibələrə etiraz əlaməti olaraq ABŞ vətəndaşlığından imtina etmiş, sülh fəallığı ilə tanınan və XX əsrdə dünya vətəndaşlığı ideyasının öncüllərindən biri olmuş əfsanəvi Garry Davis’in oğludur;
- Demokratik mühəndislik nəzəriyyəsinin banisi, eyni zamanda Demokratiya Məktəbi Assosiasiyasının Prezidentidir.
ResPlatforma Troy Davis ilə əməkdaşlığın platformanın ideoloji və institusional inkişafına mühüm töhfə verəcəyini bildirir.