Səbətiniz boşdur.
Səbətiniz boşdur.
Milli maraq və Azərbaycan Respublikasının milli maraqlarının təyini
Azərbaycan siyasətində təməl problemlərdən biri siyasətçilərin, ictimai xadimlərin milli maraq anlayışı üzərindən siyasi manipulyasiya etmələri və ya populizmə yuvarlanmalarıdır.
Üçüncü Respublika Platforması olaraq bu sənəddə biz milli maraq anlayışına nəzəri baxışımızı və prinsipial yanaşmamızı təqdim edirik.
Nəzəri baxımdan milli maraq məfhumunun iki mənası fərqləndirilməlidir: ritorik və analitik.
Milli maraq məfhumunun müəyyən edilməsində dövlətin təbiəti (onun legitim zorakılıq aparatı üzərində monopoliya olması) və buna əsasən dövlətlərarası münasibətlərin xarakteri (rəqabət/çəkişmə, yoxsa əməkdaşlıq) əsas rol oynayır. Hesab edirik ki, milli maraq subyektiv qiymətləndirməyə deyil, yuxarıda təhlil edilən obyektiv dəyərləndirməyə söykənməlidir. Buna görə də ritorik mənada milli maraq anlayışı subyektiv olduğuna görə ona qarşıyıq. Milli maraq konseptinin obyektiv mənasının müəyyən edilərək siyasi davranışların buna müvafiq formalaşdırıla biləcəyinə inanırıq.
Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, milli maraq konsept olaraq suveren dövlətin iqtisadi, hərbi, kultural və sair məqsəd və ambisiyalarının reallaşdırılmasına dair idarəetmə məntiqidir.
Bu baxımdan milli maraq və demokratik idarəçilik konseptləri bir-biri ilə ziddiyyət təşkil etmir. Əksinə, demokratik prosedur milli maraqların müəyyənləşdirilməsində vacib rol oynayır.
Yuxarıda göstərilənlərə əsasən milli maraqlar kimi aşağıdakıları təyin etmək mümkündür:
Xülasə, III Respublika Platforması milli maraqlar anlayışının ritorik və analitik izahının məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının milli maraqlarını aşağıdakı prinsiplər üzrə müəyyən edir:
İnsan - onun hüquq və azadlıqları;
Dövlət - onun müstəqilliyi, suverenliyi, unitarlığı, sekulyarlığı və təhlükəsizliyi;
Millət - Azərbaycan millətinin vahidliyi, yəni etnik mənsubiyyətindən, dini inancından, dilindən asılı olmayaraq, Azərbaycan dövlətinin bütün vətəndaşları - azərbaycanlılar vahid millətdir.