Menu

Səbət

Səbətiniz boşdur.

Səməd Rəhimli

Səməd Rəhimli

Qurucu Heyət üzvü

Səməd Rəhimli 1989-cu ildə anadan olub. 


2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 


2018-ci ildə Elton Quliyev felloşipinin məzunu olub. Hazırda Bakı şəhərində insan hüquqları və azadlıqları üzrə ixtisaslaşmış hüquqşünas kimi çalışır. 


S. Rəhimli 2013-cü ildən məhkəmə çəkişmələri, hüquqi araşdırmalar, məhkəmə prosesinin monitorinqi və hüquq təlimləri sahəsində peşəkar fəaliyyət göstərir. 
Cinayət və cinayət-prosessual hüquq (xüsusilə azadlıqdan məhrum etmə və ədalətli məhkəmə araşdırması tələbləri), seçki məsələləri, toplaşma və birləşmə məsələləri, ifadə azadlığı, inzibati hüquq mübahisələri, sığınacaq müraciətləri, məişət zorakılığı, mülkiyyət hüququ ilə bağlı mülki məhkəmə çəkişmələri sahəsində ixtisaslaşıb. 


O, xüsusilə AİHM-ə və digər beynəlxalq tribunallara onlarla fərdi ərizələrin hazırlanmasında iştirak edib.  


Bundan əlavə, o, bir sıra beynəlxalq və milli monitorinq layihələrinin iştirakçısıdır.

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın